Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanı ağ günlərə aparan Qara Qızıl

0

  •           Azərbaycan müstəqillik qazandıqdan sonra onun yolu çox çətin maneələrdən keçdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Xarici investorların Azərbaycana cəlb edilməsi məsələsində çoxlu əngəllər yarandı. Lakin dünya iqtisadiyyatından yaxşı baş açan Heydər Əliyev Xəzər dənizindən neft çıxarmağın, yeni yataqların kəşf edilməsinin gəlirli sahə olduğunu dünya iqtisadçıları və nefçilərinin diqqətinə çatdırdı. 1994-cü ilin 20 sentyabrında çoxları üçün xəyal hesab edilən Əsrin müqaviləsi  (neft kontraktı) Heydər Əliyevin başçılığı ilə reallaşdı. Müqavilədə iştirak edən dövlətlər Azərbaycanı özlərinə həm iqtisadi, həm də siyasi cəhətdən etibarlı tərəfdaş kimi qəbul etdilər. Neft sənayesinin inkişafında da Hörmətli Prezidentimiz cənab İlham Əliyevin rolu böyük olmuşdur. O, uzun illər, ARDNŞ-in vitse Prezidenti vəzifəsində çalışmışdır. Bu dövrdə Abşeron yatağında yeni neft-qaz yataqları kəşf edilmiş və xalqımızın rifahı naminə neft, qaz istehsal edilmişdir.         Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafı dünya siyasi arenasında öz haqq sözünü deməyə, ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaqdır. Mənfur qonşumuz ermənilərin özlərini bu dəyərli layihələrdən təcrid etməsi onlara yaxşı heç nəyi vəd etmir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qədim Şuşamızda, Xankəndində və başqa işğal altında olan rayonlarda Azərbaycanın Üçrəngli Bayrağının dalğalanacağı gün uzaqda deyil. Bunu Biz Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək əməli işimizlə təsdiq etməliyik.Məzahir Cəbrayılov,Şəhid ailəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib45 dəfə
    Azərbaycanı günlərə aparan Qara Qızıl

    Maraqlı gələ bilər
    56
    87
    52